Ukraynanın vurduğu tankları Belarus təmir edir

0

Belarusun müdafiə sənayesi kompleksi Ukraynadakı müharibədə vurulmuş rus tanklarının təmirinə cəlb olunub.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.

“Lukaşenko Belarusun Ukraynaya qarşı müharibədə Rusiyaya yardım etməyə hazır olduğunu bəyan edir. Belarusun hərbi sənaye kompleksi artıq döyüş əməliyyatları zamanı zədələnmiş Rusiya texnikasının təmiri ilə məşğuldur. Bundan əlavə, 20 ədəd T-72 tankının ilk partiyası anbardan çıxarılaraq Belqorod vilayətinə göndərilib”, – məlumatda qeyd olunub.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »