Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sabah – oktyabrın 12-də Astana sammiti çərçivəsində Rusiya prezidenti Vladimir Putinlə görüşə bilər.
Bu barədə “France Presse” agentliyi Türkiyə rəsmisinə istinadən məlumat yayıb.
Xatırladaq ki, Ərdoğan ötən həftə Türkiyə-Rusiya münasibətlərini müzakirə etmək üçün yaxın günlərdə Putinlə görüş keçirmək nəyyətində olduğunu bildirmişdi.
Oktyabrın 12-13-də Astanada Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin sədrliyi ilə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin VI Zirvə Toplantısı keçiriləcək.
Toplantıda Putin və Ərdoğanın da iştirakı planlaşdırılıb.