Azərbaycan UEFA reytinqində 2022/2023 mövsümü üçün xal ehtiyatını artırıb.
Modern.az-ın məlumatına görə, bu, “Qarabağ” klubunun UEFA Avropa Liqasının G qrupunun III turunda Yunanıstanda “Olimpiakos” üzərində 3:0 hesablı qələbəsi sayəsində mümkün olub.
Bu nəticə hazırda avrokuboklarda bir komanda ilə təmsil olunan ölkəmizin aktivinə daha 0,500 xal gətirib.
Cari mövsüm üzrə xal sayını 3.000-ə, son 5 mövsümdə isə 15,625-ə çatdıran Azərbaycanın 29-cu pillədəki mövqeyi dəyişməyib. 28-ci sırada yer alan Polşanın isə 17,250 xalı var.