Britaniyada 300 mindən çox tibb işçisinin əmək haqqının artırılması üçün son 100 ilin ən böyük tətilini keçirməyi planlaşdırır.
Bu barədə “Röyters” məlumat yayıb.
“300 mindən çox tibb işçisinin üzv olduğu Britaniya Həmkarlar İttifaqında tətilin keçirilməsi üçün səsvermə olacaq. Onlar bildirirlər ki, maaşları azdır və artan yaşayış xərclərinin öhdəsindən gəlmək üçün əmək haqqının inflyasiyadan 5% çox olması mütləqdir”, – məlumatda deyilir.