Nüvə açıqlaması: Bundan ancaq Türkiyə istifadə edir

0

NATO ABŞ-ın nüvə silahlarını Polşada yerləşdirilməlidir.

Axar.az xəbər verir ki, bu sözləri Polşanın hakim “Hüquq və Ədalət” partiyasının rəhbəri Yaroslav Kaçinski deyib.

“Artıq danışıqlar zamanı bu məsələ qaldırılmışdı. Hətta biz müxalifətdə olanda da ABŞ senatorları qarşısında bu məsələni qaldırmışdıq. Mən bu yaxınlarda bu məsələni yenidən səsləndirdim. Cavab müsbət olmadı. Əgər prezidentdə məndə olmayan məlumat varsa, yolu açıqdır, mən bunu tam dəstəkləyirəm, hesab edirəm ki, bu, çox yaxşı qərardır. Baxacağıq”, – Kaçinski müsahibəsində deyib.

“Əvvəllər bu proqramdan bir neçə ölkə istifadə edirdi. Amma indi, səhv etmirəmsə, yalnız Türkiyə…”, – o əlavə edib.

Qeyd edək ki, Polşa Prezidenti Andjey Duda ölkəsinin nüvə mübadiləsi proqramında iştirakı ilə bağlı açıqlama vermişdi. Bu proqram çərçivəsində Avropanın NATO dövlətləri ABŞ-ın nüvə silahlarını öz ərazisində yerləşdirir və saxlayır.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »