İrandakı zəlzələdə 280 nəfər yaralanıb

0

İranın Xoy şəhərində baş verən zəlzələdə 280 nəfər yaralanıb.

İran KİV xəbər verir ki, müxtəlif bədənxəsarətləri alan şəxslər xəstəxanalara yerləşdiriliblər.

Eyni zamanda, yeraltı təkanlar zamanı 200-dən çox evə ziyan dəyib.

Qeyd edək ki, oktyabrın 5-də yerli vaxtla saat 04:21-də Naxçıvan stansiyasından 80 km cənub-qərbdə İran ərazisində 5,9 maqnitudalı zəlzələ olub. Zəlzələ Naxçıvan Muxtar Respublikasında 5,3 bala qədər hiss olunub.

Muxtar respublikada dağıntı və tələfat yoxdur. Zəlzələ Türkiyə, İraq və Ermənistanda da hiss edilib. Zəlzələ ocağının dərinliyi 3 kilometr təşkil edib.

 107 baxış

Leave A Reply

Your email address will not be published.

Tərcümə »