Bakı bu məsələdə israr edir, İran hazır olmalıdır – Hidayəti

0

Azərbaycan Xəzər dənizindən Türkiyəyə qədər iqtisadi və enerji dəhlizi əldə etmək istəyir.

Bu sözləri İranın avtomobil nəqliyyatı və daşınması agentliyinin baş direktoru Cavad Hidayəti İLNA agentliyinə açıqlamasında deyib.

Hidayəti bildirib ki, buna görə də Azərbaycan qərb rayonlarını Naxçıvanla birləşdirən dəhliz barədə israr edir:

“Azərbaycan istəyir ki, Ermənistandan keçən dəhlizə İrəvan nəzarət etməsin. Bakı Naxçıvanla heç bir müdaxilə olmadan birbaşa əlaqə saxlamaq üçün təminat almağa çalışır. Onun planında həm də Xəzər dənizindən Türkiyəyə qədər enerji və iqtisadi dəhliz var”, – o bildirib.

İran rəsmisi bildirib ki, hazırkı vəziyyətin uzun sürəcəyinə inanmır, ona görə də Tehran istənilən ssenariyə hazır olmalıdır.

Qəribədir ki, İranın nəyə hazır olması və ümumiyyətlə, bu məsələdə nə istədiyi bəlli deyil.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »