Mətbuat Şurası İdarə Heyətinin yeni tərkibdə iclası keçirilib.
APA xəbər verir ki, iclasda ilk olaraq Şuranın sədr müavinləri seçilib.
Səadət Məmmədova və Vüqar Zifəroğlunun namizədlikləri dəstəklənib.
Eyni zamanda, Rey Kərimoğlu Nəzarət-Təftiş Komissiyasının (NTK) sədri, Əvəz Rüstəmov isə icraçı katib seçilib.
İclasda Mətbuat Şurasının komissiyalarının da tərkibi müəyyən edilib.