Sosial şəbəkələrdə İranın Ali dini lideri Əli Xameneinin əməliyyat masasında ölməsi haqda məlumatlar yayılır.
Axar.az-ın məsələ ilə bağlı sorğusuna cavab olaraq İranın Azərbaycandakı səfirliyindən bildirilib ki, bununla bağlı açıqlama verə bilməyəcəklər:
“Bizim yalnız XİN ilə bağlı mövqe bildirməyə haqqımız var. Siz rəhbərin ofisi ilə əlaqə saxlayın”.
Qeyd edək ki, bu gün səhər İranın Ali rəhbəri Seyid Əli Xameneinin iştirakı ilə Polis Akademiyasının tələbələrinin buraxılış mərasimi keçirilib.