Şarl Mişel Rusiya ilə bağlı 27 ölkə başçısına məktub yazdı

0

Avropa İttifaqı (Aİ) Ukrayna münaqişəsinə görə Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaları sərtləşdirməyə davam edəcək.

Bunu Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel Aİ-yə üzv olan 27 ölkənin başçısına ünvanladığı məktubda bildirib.
Məktub oktyabrın 6-7-də Praqada keçiriləcək qeyri-rəsmi sammit ərəfəsində yazılıb. Mişel izah edib ki, sanksiya təzyiqinin məqsədi Rusiyanın Ukraynada başlatdığı müharibəni dayandırmaqdır.

O, həmçinin bildirib ki, Praqa sammiti zamanı Ukraynaya əlavə yardım, həmçinin “Şimal axını” boru kəmərlərinə qarşı təxribatdan sonra son dərəcə mühüm infrastrukturların mühafizəsi məsələləri müzakirə olunacaq.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »