Oğlu oğurlanan millət vəkilinin kimliyi bəlli oldu

0

Xəbər verdiyimiz kimi, Türkiyədə azərbaycanlı deputatın oğlu oğurlanıb.

Bakupost.az xəbər verir ki, oğurlanan şəxs Azərbaycan Tibb Universitetinin sabiq rektoru, Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanovun oğlu Azər Əmiraslanovdur.

Qeyd olunur ki, Azər Əmiraslanov Türkiyədə geniş biznes şəbəkəsinə sahibdir. Onun bir neçə klinika və tibb sahəsi ilə bağlı biznes obyektləri var.

Məlumatlı mənbə A.Əmiraslanovun məhz geniş maliyyə imkanlarına görə maddi maraq üçün oğurlandığını bildirib.

Məsələ ilə bağlı deputat Əhliman Əmiraslanovla bir neçə dəfə əlaqə yaratmaq cəhdlərimiz baş tutmadı.

Deputatın köməkçisi Raqif Xəlilov isə məsələni araşdırıb bizə məlumat verəcəyini desə də, sonradan Ə.Əmiraslanovla əlaqə saxlaya bilmədiyini dedi:

“Zəng etdim, açmadı. Günün ikinci yarısı yenidən əlaqə saxlayacağam”.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »