Dünya bu videoya baxsın: Əsir əsgərimiz bu cür qətlə yetirilir

0

Erməni rəsmilərin özlərinin iddiasına görə, məlum video 13 sentyabrda çəkilib – yəni döyüşlərin qızğın vaxtında postu alan Azərbaycan Ordusunun əsgərləri erməni əsgərləri güllələyirlər.

Axar.az xəbər verir ki, bütün dünyanın “şoka” düşdüyü, ən böyük media qurumlarının tırajladığı o videoda ermənilərin heç də əsir götürülmədiyi, əllərinin açıq olduğu, döyüş getdiyi aydın görünür.

Hələ sözügedən videonun real olub-olmaması da mübahisəlidir.

Ancaq ermənilər İkinci Qarabağ savaşında əsir düşən Azərbaycan əsgərinə qarşı dəhşətli aktlar törədiblər və Azərbaycan mediası olaraq, biz bunları tirajlamamışıq. Ermənilərin əxlaqsızcasına istifadə etdiyi və dünyanın “heyrətə” gəldiyi videoda adi döyüş epizodudursa (bir daha təkrarlayırıq: video ilə bağlı Hərbi Prokurorluq araşdırma aparır və onun həqiqi və yaxud qondarma olduğu hələ aydınlaşdırılır), indi təqdim etdiyimiz videoda əli-qolu bağlı, əsir alınmış, ağzına corab basılmış Azərbaycan Sərhəd Xidmətinin əsgərindən söhbət gedir.

Görünür ki, səhv etmişik: biz dünyaya erməni vəhşiliyinin, qaniçənliyinin, hərbi cinayətkarlığının daha bir üzünü göstərməyə məcburuq ki, döyüşdə son gülləsini atıb, əlini qaldıran düşmənin əsir götürülməməsi ilə əli-qolu bağlı əsirin başının kəsilməsini müqayisə edə bilsinlər.

Hansı daha dəhşətlidir? Kimdir qaniçən, müharibə cinayəti törədən, qatil və faşist?

Azərbaycan Ordusu düşməndən torpağını azad edən Şərəfli, Müzəffər, Qalib Ordudur, ermənilər kimi işğalçı-terrorçu fəaliyyətlə məşğul olmur; 44 günlük savaşda müharibə ərazisindən yüz kilometrlərlə uzaqdakı dinc şəhərləri gecə ilə vuran Ermənistan ordusu və bu cinayətə əl atan Ermənistan hərbi-siyasi rəhbərliyi idi.

Azərbaycan Ordusu qeyri-döyüş şəraitində düşməni öldürmür, hətta diversantları belə əsir götürəndə onlara qarşı humanist davranır.

Azərbaycan əsgəri döyüş dayandığı halda yaralı erməni əsgərinin yarasını sarıyıb, xəstəxanaya yerləşdirir və bunun sübutları var.

Döyüş getdiyi halda əli-qolu açıq erməni əsgərini necə və hansı əsasla əsir götürməlidir? O “əsirlərin” hansı hiylə qorduğunu güllə yağışı altında olan Azərbaycan əsgəri necə müəyyən edə bilərdi?

P.S. Video-keçidə ürəyi zəif olanların baxmamasını xahiş edirik.

P.P.S. Bu, erməni vəhşiliyinə aid yüzlərlə görüntüdən yalnız biridir…

Leave A Reply

Your email address will not be published.

Tərcümə »