Bakıda kişi əməliyyatdan sonra öldü

0

Bakıda özəl klinikada 46 yaşlı Bəxtiyar İsmayılov əməliyyatdan sonra ölüb.

Report xəbər verir ki, hadisə oktyabrın 2-də Yasamal rayonunda yerləşən “Real Hospital”da qeydə alınıb.

Belə ki, 1976-cı il təvəllüdlü Bəxtiyar Ağaismayıl oğlu İsmayılov sentyabrın 30-da bağırsaq keçməzliyi diaqnozu ilə hospitala yerləşdirilib və əməliyyat olunub. Daha sonra o, həmin özəl klinikada dünyasını dəyişib.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »