Şəhidlərin adlarının əbədiləşdirilməsində problemlər var – Komitə sədri

0

“Qazax rayonunda 51 şəhidimiz var, hər birinə xüsusi diqqət və qayğı göstərilir”.

Bununla bağlı Milli Məclisin payız sessiyasının bu gün keçirilən ilk plenar iclasında Parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov danışıb. Deputat orta məktəblərə, bağçalara, küçələrə şəhid adlarının verilməsi ilə bağlı addım atılmasını istəyib:

“Biz 44 günlük müharibədən əvvəl Qazaxda səngərlər qazırdıq. O səngərlər yerin altında idi. Amma o səngərlərə düşməyə ehtiyac olmadı, çünki yerin altına şəhidlər girdilər və yüksəldilər. Biz torpaqlarımız işğaldan azad etmişik, ancaq təhlükə davam edir. Qazaxda bir orta məktəbdə müəllim şəhidin övladını lövhə qarşısını çıxarıb, təqdim edəndə bütün uşaqlar onu qucaqlayıb, öpür. Niyə həmin şəhidin adı elə həmin məktəbə verilməsin? Şəhidlərimizin adları bu cür əbədiləşdirilməlidir. Bütün müəssisələrdə şəhidlərin yadigarlarına, ailələrinə xüsusi ehtiram var. Onların hər bir problemi həll edilir, bunun üçün çalışırlar. Təklif edirəm şəhid adının əbədiləşdirilməsi ilə bağlı qanuna dəyişikliklər edilsin və qaldırılan bu məsələlər öz həllini tapsın”.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »