YAP rəsmiləri şəhid ailəsini ziyarət ediblər -Şabranda

0

29 sentyabr 2022-ci il tarixdə Yeni Azərbaycan Partiyası Şabran rayon təşkilatının Sədri Mehdi Balabəyov, Şabran rayon İcra Hakimiyyəti başçısının birinci müavini Hüseyin İlyasov, rayon İcra Hakimiyyəti başçısının Humanitar məsələlər üzrə müavini İlkin Ağayev oartiya əməkdaşları ilə birgə 44 günlük Vətən müharibəsi şəhidi Şabran rayonunun Pirəmsən kəndindən olan şəhid-leytenant Həsənov Aqil Nofəl oğlunun 2-ci ildönümü ilə əlaqədar olaraq ailəsini ziyarət etmişlər.

Şəhid ailəsinin üzvləri göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz dərin təşəkkürlərini bildirmişlər.Vətənimizin ərazi bütövlüyü, torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş bütün Şəhidlərimizin əziz xatirəsini ehtiramla anırıq.

Allah bütün Şəhidlərimizə rəhmət etsin!

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »