Fərqə baxın: Bu İzmirdə, bu da Bakıda piyada keçidi – Foto

0

Azərbaycanda tikilən olduqca dəbdəbəli və əzəmətli piyada keçidləri vaxtaşırı olaraq gündəmə gəlir. Mütəxəssislər külli miqdarda vəsait və uzun vaxt tələb edən bu cür piyada keçidlərinə ehtiyac olmadığını, estetik baxımından gözəl olsa da, bu xərclərin artıq və qeyri-praktik olduğunu bildirirlər.

İzmirdəki müşahidələrimiz də bunu deməyə əsas verir ki, tikilməsi asan və sürətli olan, dəmir konstruksiyalı piyada keçidləri daha praktikdir.

Bu piyada keçidlərində əsasən pilləkən olmur, prospektlərin ortasında da adətən daşıyıcı dirək tikməyə ehtiyac qalmır və yaxud bir neçə dəmir dirək kifayət edir. Üstəlik, fövqəladə hallarda bu keçidlərin üzərindən təcili yardım və yaxud digər avtomobillərin keçməsinə şərait var.

Fotosunu təqdim etdiyimiz yerüstü piyada keçidi Türkiyənin 3-cü böyük şəhəri olan İzmirin (əhalisi 4,8 milyondur) Qarşıyaxa bölgəsindədir. Eynisi Konak bölgəsində yeni inşa edilir (Videosu təqdim edilir).

Bakıdakı “analoqu” isə Ukrayna dairəsindəki məşhur “60 pilləli” keçiddir…

Öyrənmək heç zaman gec deyil…

Leave A Reply

Your email address will not be published.

Tərcümə »