“Tehran İrəvanla Bakı arasında danışıqlar platformasına çevrilməyə hazırdır”.
İran mətbuatı xəbər verir ki, bunu İranın Bakıdakı səfiri Seyid Abbas Musəvi Azərbaycanın birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyovla görüşündə deyib.
“İran şimal qonşularına, yəni Azərbaycan və Ermənistana Tehranda ikitərəfli və üçtərəfli görüşlər və 3+3 regional təşəbbüsü vasitəsilə davamlı sülhə nail olmaq üçün kömək etməyə hazırdır”,- səfir bildirib.
Bildirilir ki, tərəflər ikitərəfli münasibətlərə dair məsələləri, Cənubi Qafqazdakı vəziyyəti və regionla bağlı məsələlərdə İranın prinsipial mövqeyini müzakirə ediblər.
Comments are closed.