Almaniya Ukraynaya yeni hərbi yardım ayırdı

0

Almaniya Ukraynaya ayırdığı yeni hərbi yardım paketini açıqlayıb.

Bu barədə Almaniya hökuməti məlumat yayıb.

Yardım paketinə 10 körpü sistemi, 90 ağır qoşqu, 6 MG3 pulemyotu, 20 min 40 mm-lik qumbaraatan daxildir.

Qeyd edək ki, daha əvvəl Almaniya kansleri Olaf Şolts rəsmi Berlinin Ukraynaya tanklar verməməyinin səbəbini izah etmişdi. O bildirmişdi ki, bu addım müharibənin daha da genişlənməsinə şərait yaratmamaq üçündür.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında savaş bu il fevralın 24-də başlayıb.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »