16 yaşlı yeniyetmə 49 yaşlı kişini bıçaqladı

0

Salyanda küçədə 16 yaşlı gənc 49 yaşlı kişini bıçaqlayıb.

Report xəbər verir ki, hadisə sentyabrın 26-sı saat 21 radələrində Salyan şəhərinin Nazim Babayev küçəsində qeydə alınıb.

Belə ki, 2006-cı il təvəllüdlü Oktay Taleh oğlu Babayev aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı 1973-cü il təvəllüdlü Məxsud Adil oğlu Kərimovu yaşadığı küçədə bıçaqla qəsdən 2 dəfə vuraraq ona bədən xəsarətləri yetirib.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »