Finlandiyanın milli aviadaşıyıcısı – “Finnair” şirkətinə məxsus olan, Sinqapurdan Finlandiyanın paytaxtı Helsinkiyə uçan hava gəmisinin kapitanı sərnişinlərdən birinin səhhətinin qəfil pisləşməsinə görə Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib.
Hava limanından verilən məlumata görə, “Airbus A350” markalı təyyarə saat 02:31-də Bakıya eniş edib. Sərnişinə tibbi yardım göstərilib və onun klinikalarından birinə yerləşdirilməsinə qərar verilib. Təyyarə saat 05:50-də Bakıdan Helsinkiyə yola düşüb.