ABŞ-dan Azərbaycan və Ermənistana növbəti ÇAĞIRIŞ

0

“Hər iki tərəfi bir araya gətirmək bizim üçün vacib idi”.

Bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays ötən gün keçirdiyi mətbuat konfransında dövlət katibi Entoni Blinkenin Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə birgə görüşünə dair suala cavabında deyib.

“İki nazirlə söhbətlər olub. Bu, iki xarici işlər nazirlərinin son sərhəd hadisələrindən sonra keçirdiyi ilk üz-üzə görüş idi. Hər iki nazirə atəşkəs rejiminin saxlanmasının, sakitliyin qorunmasının vacibliyi qeyd edilib. Biz davamlı atəşkəsə və sülh yolu ilə həllə sadiqik. Biz hər iki xarici işlər nazirinə bildirdik ki, Amerika ikitərəfli, çoxtərəfli şəkildə əlaqələri dəstəkləməyə hazırdır. Buraya Avropa İttifaqı Şurasının Prezidenti  Şarl Mişelin liderləri bir araya gətirmək səylərinə dəstəyimiz daxildir.

Həmin görüş zamanı onlar irəliyə doğru ən yaxşı yolu müzakirə ediblər. Biz Ermənistanla Azərbaycan arasında bütün həll edilməmiş məsələləri sülh danışıqları yolu ilə həll etməyə çalışırıq. Gücdən istifadə məqbul yol deyil. Çünki bu münaqişənin hərbi yolla həlli yoxdur”, – deyə ABŞ rəsmisi Azərbaycan və Ermənistana çağırış edib.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »