Azərbaycan baş nazirinin müavini Yaqub Eyyubovla Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan arasında Moskvada MDB İqtisadi Şurası çərçivəsində qısa görüş keşirilib.
Bu barədə Mqer Qriqoryanın aparatından məlumat verilib.
“Görüş qeyri-rəsmi formada, ayaqüstü keçirilib və bir neçə dəqiqə davam edib. Görüşdə Azərbaycan-Ermənistan sərhədindəki vəziyyət müzakirə olunub”, – məlumatda qeyd olunub.