Yolu keçmək istəyən piyada öldü

0

Sentyabrın 20-də saat 21 radələrində Qaradağ rayonunun Yeni Ələt qəsəbəsi ərazisində qəsəbə sakini M.Məlikov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən həmyerlisi Salman Sadıqovu vurub.

Bu barədə İctimairey.az-a Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.

Rəsmi məlumata görə, nəticədə piyada ölüb.

Hazırda Qaradağ Rayon Polis İdarəsində araşdırma aparılır.

 11 baxış

Leave A Reply

Your email address will not be published.

Tərcümə »