Binəqədi RPİ-nin 43-cü Polis Bölməsinə sentyabrın 19-da Binəqədi qəsəbəsi ərazisində Bakı şəhər sakini olan bir qadının içərisində 550 manatı olan cüzdanının soyğunçuluq yolu ilə talanması barədə müraciət daxil olub.
Bu barədə İctimairey.az-a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Ağsu rayon sakini Rövşən Nəsirov müəyyən olunaraq saxlanılıb.
Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.