Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxt yollarındakı son vəziyyətlə bağlı məlumat yayıb.
Bu barədə Mərkəzdən bildirilib.
Hazırda bu yollarda nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir:
– Heydər Əliyev prospekti – Kənar yol, mərkəz istiqamətində;
– Heydər Əliyev prospekti – Əsas yol, mərkəz istiqamətində;
– Ziya Bünyadov prospekti – Olimpiya stadionunun qarşısından “20 Yanvar” metrostansiyası istiqamətində;
– Ziya Bünyadov prospekti – Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metrostansiyası istiqamətində;
– Alı Mustafayev küçəsi – Ziya Bünyadov prospekti istiqamətində;
– Əbdülvahab Salamzadə küçəsi – Ziya Bünyadov prospekti istiqamətində;
– Bakı-Sumqayıt şosesi – “20 Yanvar” metrostansiyası istiqamətində;
– Binəqədi şosesi – “Azadlıq prospekti” metrostansiyası istiqamətində;
– Tiflis prospekti – “20 Yanvar” metrostansiyasından mərkəz istiqamətində;
– Koroğlu Rəhimov küçəsi – Gülarə Qədirbəyova küçəsindən Ak. Həsən Əliyev küçəsi istiqamətində;
– 28 May küçəsi – Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
– Zərifə Əliyeva küçəsində;
– Üzeyir Hacıbəyli küçəsi – Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;
– Yusif Səfərov küçəsi – Heydər Əliyev prospekti istiqamətində;
– Rəşid Behbudov küçəsi – Mərkəzi Bank istiqamətində;
– Dilarə Əliyeva küçəsi – Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
– Neftçilər prospekti – “Azneft” dairəsi istiqamətində;
– Niyazi küçəsi – “Azneft” dairəsi istiqamətində;
– Babək prospekti – Mərkəz istiqamətində;
– Aeroport şosesi – “Koroğlu” metrostansiyası istiqamətində;
– “20 Yanvar” dairəsində.