Çoxları elə bilir ki, ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi ermənilər üçün ağlayır. Ancaq o elə yaşdadır ki, nə desən, ağlayacaq.
İctimairey.az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin sədr müavini Fəzail İbrahimli deyib.
F.İbrahimli bildirib ki, N.Pelosinin ağlamağı heç bir xeyir vermir, əksinə, Ermənistan üçün problem yaradan gözyaşıdır:
“Onlar ağlamağı bacarmır, şou göstərir. ABŞ-da seçki keçiriləcək, Pelosi Ermənistana erməni lobbisinin səsini almaq üçün gəlib. Bunlar erməni pulu ilə senator seçilir, dolanırlar”.