Rusiya Xarici İşlər Nazirliyi ABŞ-a xəbərdarlıq edib.
TASS xəbər verir ki, bu barədə nazirliyin sözçüsü Mariya Zaxarova brifinqdə danışıb.
O bildirib ki, Vaşinqton Kiyevə uzaqmənzilli raketlər verərsə, Rusiya bunu “qırmızı xətti”n keçilməsi kimi qiymətləndirəcək:
“Bu zaman ABŞ konfliktin birbaşa iştirakçısı olacaq. Və biz lazımi reaksiya verməyə məcbur olacağıq”.