Paşinyan Təhlükəsizlik Şurasının iclasını çağırdı – Arayik də iştirak edib

0

Baş nazir Nikol Paşinyanın rəhbərliyi ilə Ermənistan Təhlükəsizlik Şurasının (TŞ) genişləndirilmiş iclası keçirilib.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, iclasda TŞ üzvlərindən başqa, ölkə prezidenti Vaaqn Xaçaturyan, Qarabağ separatçılarının başçısı Arayik Arutyunyan, parlamentin spikeri Alen Simonyan, baş nazirin Aparat rəhbəri Arayik Arutyunyan, parlamentin vitse-prezidenti Ruben Rubinyan, “Vətəndaş müqaviləsi” fraksiyasının rəhbəri Hayk Konjoryan da iştirak ediblər.

İclasda Azərbaycanın Ermənistanla sərhəddə təxribatlara cavab olaraq həyata keçirdiyi hərbi əməliyyat və onun nəticəsində yaranmış vəziyyət, o cümlədən Ermənistan Respublikasının suverenliyi və ərazi bütövlüyünün qorunması istiqamətində görüləcək addımlar müzakirə edilib.

Eyni zamanda, Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesinin hazırkı vəziyyəti ilə bağlı fikir mübadiləsi aparılıb.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »