Dumanın vitse-spikeri erməni təxribatını şərh etdi

0

Bizim üçün bir şəxsin həlak olması kədərlidir, xüsusən bizə dost olan ölkələrdə.

Axar.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının sədr müavini Boris Çernışov Ermənistanın Azərbaycan sərhədində törətdiyi təxribat haqda danışarkən deyib.

“Bu gün Xarici İşlər Nazirliyi, Təhlükəsizlik Şurası, KTMT və bütün strukturlar mümkün olan hər şey edir. Ölkələrimiz rəhbərlik səviyyəsində tam əməkdaşlıq edir. Bütün lazımi addımlar atılır, diplomatik kanallar cəlb olunur, ümid edirik ki, yaxın vaxtlarda Azərbaycanla Ermənistan arasında atışma dayanacaq və Rusiyanın vasitəçiliyi sayəsində lazımi həll yollarını tapacağıq. İstənilən atəş, zorakılıq aktı həmişə kədərlidir, ona görə də biz sizinlə birlikdə bütün vəziyyəti izləməyə davam edirik. Diplomatik kanallardan istifadə prosesi çox aktiv şəkildə davam edir”, – o bildirib.

 14 baxış

Leave A Reply

Your email address will not be published.

Tərcümə »