“Dost və qardaş Azərbaycan dövlətinin və xalqının yanındayıq”

0

Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədinə və Azərbaycanın bir neçə hərbi obyektlərinə qarşı növbəti hərbi cinayət əməli törədilmişdir. Belə ki‚ Sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri‚ Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat və terror aktları törədib.

Bu barədə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin məlumatında bildirilir ki‚ Ermənistan silahlı qüvvələrinin diversiya qrupları sutkanın qaranlıq vaxtında ərazinin dağlıq relyefi və mövcud dərə boşluqlarını istifadə edərək müxtəlif istiqamətlərdə Azərbaycan Ordusunun bölmələrinin mövqeləri arasındakı ərazilərin və təminat yollarının minalanmasını həyata keçirib.

Bu əməllərin qarşısının dərhal alınması məqsədilə bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində döyüş toqquşması baş verib.
Ermənistan silahlı qüvvələrinin Basarkeçər, İstisu, Qarakilsə və Gorus yaşayış məntəqələri istiqamətində yerləşən bölmələri tərəfindən Azərbaycan Ordusunun Daşkəsən, Kəlbəcər və Laçın rayonları ərazisindəki bəzi mövqeləri, sığınacaqlar və dayaq məntəqələri müxtəlif çaplı silahlar, o cümlədən minaatanlardan intensiv atəşə tutulub. Nəticədə Azərbaycan ordusunun 50 nəfər hərbi qulluqçusu erməni terrorunun və təxribatının qarşısını alarkən həlak olmuşdur. Eyni zamanda hərbi infrastruktura da ziyan dəymişdir..

Baş verən bu qanlı cinayətin səbəbkarı birmənalı olaraq Ermənistandır. Bu hadisənin məsuliyyəti Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşür. Ermənistan bölgədə təxribat və terror aktları törətməklə həm sülh danışıqlarına zərbə vurur‚ həm də bölgənin təhlükəsizliyini pozur. Ermənistan bu addımları ilə bölgədə terror dalğası əsdirir. Azərbaycan-Ermənistan dövlət sərhədində Ermənistan silahlı qüvvələri tərəfindən törədilən təxribat və terror əməlindən açıq aşkar görsənir ki‚ Ermənistan öz siyasi maraqları naminə hər cür hərbi cinayətə və terror əməlinə əl atmaqdadır. Hərbi cinayət əməli beynəlxalq qanunlarla ən ağır cinayət əməli sayılır. Ermənistanın törətdiyi saysız hesabsız hərbi cinayətlər‚ təxribat və terror əməlləri‚ qonşu ölkə ərazisinə cinayət və terror məqsədilə kəşfiyyat və diversiya qurupları göndərmək beynəlxalq hüququ pozmaqdır və miqyası çox böyük cinayət əməlləridir.

Belə halda Azərbaycan dövlətinin də‚ hər bir suveren ölkə kimi‚ məhz beynəlxalq qanunlarla öz suverenliyini‚ ərazi bütövlüyünü‚ sərhədlərini‚ hərbi və mülki obyektlərin‚ mülki sakinlərin təhlükəsizliyini qorumaq‚ düşmən təxribatından və terror aktlarından mühafizə etmək və anti-terror əməliyyatı həyata keçirtmək hüququ vardır. Öz ərazisini‚ hərbi və mülki obyektlərini‚ mülki sakinlərini düşmən təxribatından‚ terror aktlarından‚ kəşfiyyat və diversiya quruplarından‚ hərbi təcavüz və hücumlardan qorumaq‚ Azərbaycan dövlətinin hüququdur.

Beynəlxalq hüquq da Azərbaycan dövlətinin tərəfindədir. Bir ölkənin‚ başqa bir ölkənin suveren sərhədlərinə qarşı kəşfiyyat-diversiya hücumu‚ təxribat və terror aktı törətməsi beynəlxalq hüquqla hərbi cinayətdir. Göründüyü kimi‚ Ermənistan silahlı qüvvələri məhz beynəlxalq hüququ pozaraq ağır cinayət törətmişdir. Biz Azərbaycan Respublikasının suveren sərhədlərinə‚ ərazi bütövlüyünə öz dəstəyimizi ifadə edirik. Eyni zamanda Azərbaycan dövlətinin erməni təxribatına və terroruna qarşı öz sərhədlərini‚ hərbi və mülki obyektlərini qorumaq məqsədilə keçirtdiyi anti-terror əməliyyatına sonsuz dəstəyimizi ifadə edərək Azərbaycan dövlətinin və xalqının yanında olduğumuzu‚ erməni terrorunu və təxribatını qətiyyətlə pislədiyimizi açıq şəkildə bəyan edirik. Bildiririk ki‚ baş verən hadisə Ermənistanın öncədən planlayaraq‚ məqsədli şəkildə törətdiyi hərbi cinayət əməlidir. Ermənistan tərəfindən Azərbaycana qarşı törədilmiş bu hərbi cinayət əməlində Erməsnitanın siyasi-hərbi rəhbərliyi birmənalı şəkildə günahkardır.

Bir daha bildiririk ki‚ Azərbaycan dövləti haqqlıdır və ərazisi‚ sərhədləri terora və təxribata məruz qalmışdır. Belə həssas bir məqamda Azərbaycan dövlətinə və xalqına mənəvi dəstəyimizi ifadə edirik. Hər zaman dost və qardaş Azərbaycan dövlətinin və xalqının yanındayıq. Dünya birliyini‚ Beynəlxalq təşkilatları və BMT Təhlükəsizlik Şurasını erməni cinayətlərinə göz yummamağa və baş verən erməni təxribatına hüquqi qiymət verməyə çağırırıq.

Baş verən bu qanlı hadisəyə və Azərbaycan əsgərlərinin həlak olmasına görə dərin üzüntü və kədər hissi keçiririk.

Şəhid olan Azərbaycan əsgərlərinə Allahdan rəhmət diləyir‚ məkanları cənnət olsun deyirik. Yaralılara isə Allahdan şəfa arzu edirik. Həlak olanların ailərinə və bütün Azərbaycan xalqına dərin hüznlə baş sağlığı verir‚ kədərlərinə şərik olur‚ acılarını paylaşırıq.

Dost və qardaş Azərbaycan dövlətinin ərazi bütövlüyünün‚ suverenliyinin və təhlükəsizliyinin daimi və əbədi olmasını‚ dost və qardaş Azərbaycan xalqına əbədi əmin-amanlıq arzu edirik.

İsrail Təhlükəsizlik Akademiyasının
Azərbaycan Respublikasındakı
Nümayəndəliyi

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »