Qusarda meyiti tapılan qadını əri yumruq-təpik- zopa ilə döyərək öldürüb

0

Sentaybrın 6-da Qusar rayon sakini, 1995-ci il təvəllüdlü Ellada Abbasovanın yaşadığı evdə ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

İctimairey.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, aparılan araşdırmalarla müəyyən edilib ki, zərərçəkmişin əri, 1985-ci il təvəllüdlü Zedik Əlifxanov sentyabrın 4-də axşam saatlarında yaşadıqları evdə şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı əllə, ayaqla və ağac parçası ilə Ellada Abbasovaya xəsarətlər yetirib, qadın almış olduğu xəsarətlərin təsirindən qeyd edilən tarixdə ölüb.

Faktla bağlı Qusar Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.

Zedik Əlifxanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »