Ermənistanın baş naziri Şərq İqtisadi Forumunun plenar iclasında çıxış edib.
Ermənistan Azərbaycanla sərhədlərin açılmasında maraqlıdır və Rusiyanın dəstəyi ilə bu prosesi başa çatdırmağı gözləyir. TASS xəbər verir ki, bunu çərşənbə günü Ermənistanın baş naziri Nikol Paşinyan Şərq İqtisadi Forumunun (ŞİF) plenar iclasında deyib.
“2021-ci il yanvarın 11-də Moskvada biz Rusiya Federasiyası və Azərbaycan prezidentləri ilə Rusiya Federasiyası, Ermənistan və Azərbaycan baş nazirlərinin müavinlərinin başçılığı ilə bizim regionda Ermənistan və Azərbaycan arasında kommunikasiyaların açılması ilə bağlı üçtərəfli işçi qrupun yaradılması haqqında bəyanat imzaladıq ”, – Paşinyan xatırladıb.
Onun sözlərinə görə, bu layihənin ideyası ondan ibarətdir ki, İrəvan Azərbaycan ərazisindən, Bakı isə Ermənistan ərazisindən nəqliyyat marşrutları alacaq. “Qlobal mənada bu, yeni beynəlxalq ticarət yollarının açılması üçün bir fürsətdir və demək lazımdır ki, biz bunda çox maraqlıyıq və Rusiyanın dəstəyi ilə yaxın gələcəkdə bu problemi həll edəcəyimizə ümid edirik”, – Ermənistanın baş naziri deyibdi.
Paşinyanın sözlərinə görə, Ermənistan Azərbaycanla danışıqlarda, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədri kimi Rusiyanın dəstəyinə də ümid edir. “Rusiya Federasiyası da Azərbaycan üçün çox yaxın tərəfdaşdır və bu, məncə, imkanlar açır”, – Paşinyan bildirib.
Paşinyan daha sonra bildirib ki, İrəvan Ankara ilə də münasibətlərin normallaşmasına ümid edir.
“Biz Türkiyə ilə danışıqlara başladıq. Biz Rusiyanın dəstəyi ilə Türkiyə ilə münasibətləri yaxşılaşdıracağımıza ümid edirik”, – Ermənistan hökumətinin başçısı bildirib.