Ağalının gənc sakini: Kəndimizə köçmək məni həm sevindirir, həm də qürurlandırır

0

Bu gün mən atamın yaşadığı Zəngilan rayonunun Ağalı kəndinə köçürəm. Ata yurdumuza getdiyim üçün çox xoşbəxtəm. Həmin yerləri görməsəm də, dərslərdə bizə Qarabağ haqqında məlumatlar verilirdi. Lakin mən özüm də Qarabağ haqqında araşdırmalar etmişəm, oranın necə olması ilə maraqlanmışam.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Ağalıya köçən 16 yaşlı Aytən Orucova bildirib.

Aytən Orucova söyləyib: “Mən hər zaman işğaldan azad edilən ərazilərdə olmaq istəmişəm. Bu gün isə arzularım reallaşdı. Ağalıya köçmək məni həm sevindirir, həm də qürurlandırır”.

A.Orucova Ağalı kəndinə böyük maraq və sevinc hissi ilə getdiyini əlavə edib.

 

Leave A Reply

Your email address will not be published.

Tərcümə »