Ukraynanın Londondakı səfirliyi Liz Trussın Kiyevə səfəri üçün hazırlıqlara başlayıb

0

Ukraynanın Londondakı səfirliyi Böyük Britaniyanın yeni baş naziri Liz Trussın Kiyevə səfəri üçün hazırlıqlara başlayıb. Bunu Ukraynanın Böyük Britaniyadakı səfiri Vadim Pristayko deyib.

“O, rəsmi olaraq baş nazir olduqda, düşünürəm ki, dərhal zəng olacaq və Liz Trussun səfəri ilə bağlı razılaşma çox gözlənilməyəcək. Biz artıq həm bu söhbəti, həm də Liz Trussın Kiyevə gəlişini hazırlamağa başlamışıq”, – deyə “Ukrinform” agentliyi çərşənbə axşamı, sentyabrın 6-da Pristaykodan sitat gətirib.

Boris Consonu əvəzləyən Britaniyanın 56-cı baş naziri Liz Trussın təyinatı da elə həmin gün baş tutacaq.

Bir gün əvvəl 47 yaşlı Truss hakim Mühafizəkarlar Partiyasının liderliyi uğrunda yarışda qalib gəlib. Mühafizəkarlar Partiyasının 81 326 adi üzvü (57%) onun namizədliyinə səs verib. Onun rəqibi, 42 yaşlı keçmiş maliyyə naziri Rişi Sunak 60 399 səs (43%) qazanıb.

 157 baxış

Leave A Reply

Your email address will not be published.

Tərcümə »