Türkiyə ilk dəfə Azərbaycanda yeni sualtı qayığını nümayiş etdirir

0

Türkiyə IV Azərbaycan Beynəlxalq Müdafiə (ADEX) Sərgisində ilk dəfə “STM 500” kiçik sualtı qayığını nümayiş etdirir.

Tədbirdə həmçinin Türkiyənin ilk milli freqatı – İ sinifli MİLGEM, STM-MPAC raketli kater, fırlanan qanadlı zərbə PUA sistemi KARGU, sabit qanadlı PUA sistemi ALPAGU və müşahidəçi PUA sistemi TOGAN sərgilənir.

Qeyd edək ki, Türkiyə Müdafiə Sənayesi İdarəsi rəhbərliyi altında fəaliyyət göstərən STM (Savunma Teknolojileri Mühendislik ve Ticaret A.Ş.) hərbi dəniz platformalarından taktiki mini PUA sistemlərinə, kibertəhlükəsizlikdən komanda idarəetmə sisteminə qədər innovativ və milli sistemlər istehsal edir.

 134 baxış

Leave A Reply

Your email address will not be published.

Tərcümə »