Çinin cənub-qərbində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 65-ə çatıb

0

Çin Mərkəzi Televiziyasının verdiyi məlumata görə, Çinin cənub-qərbində yerləşən Sıçuan əyalətində baş verən zəlzələ qurbanlarının sayı 65 nəfərə çatıb.

Bazar ertəsi, sentyabrın 5-də saat 12-də Çin Seysmoloji Mərkəzi tərəfindən Sıçuan əyalətinin Qardze-Tibet Muxtar Prefekturasının Lüdinq (Caqsamka) mahalında, ocağı 16 km dərinlikdə olan 6,8 bal gücündə zəlzələ qeydə alınıb: Nəticədə bir sıra ərazilərdə elektrik xətlərində fasilələr yaranıb, bir neçə evə və infrastruktur obyektlərinə ciddi ziyan dəyib. Hazırda təbii fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində işlər aparılır.

Yerli KİV-in məlumatına görə, Çin prezidenti Si Cinpin zəlzələdən zərər çəkənlərə yardım göstərmək üçün, hər cür səy göstərməyi tapşırıb. Hökumət təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün 50 milyon yuan ayırıb.

Sıçuan əyaləti Çinin ən seysmik bölgələrindən biridir. 2008-ci ilin may ayında burada son onilliklərin ən güclü 8 bal gücündə zəlzələ baş vermiş, daha sonra 87.150 nəfər həlak olmuş və ya itkin düşmüş, 374 min nəfər yaralanmış, milyonlarla insan evsiz qalmışdır. İqtisadi zərər 1 trilyon yuanı (təxminən 150 milyard dollar) ötüb.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »