SON DƏQİQƏ: Çində dəhşətli zəlzələ! Siçuan 6.8 ilə yırğalandı

0

Çinin Sıçuan əyalətində 6,8 bal gücündə zəlzələ baş verib.

Çin Zəlzələ Şəbəkələri Mərkəzi günorta saatlarında vilayətin qərbindəki Qanzi Tibet Muxtar Vilayətində 6,8 bal gücündə zəlzələnin hiss edildiyini açıqlayıb.

Yerin 16 kilometr dərinliyində qeydə alınan zəlzələnin episentrinin Ludinq rayonundan 39 kilometr aralıda olduğu müəyyənləşib.

Yerli KİV-in məlumatına görə, bölgəyə Ludinq rayonundan 30, ətraf yaşayış məntəqələrindən isə, 530 xilasedici göndərilib.

Mobil mənbələrdən əldə edilən əhalinin sıxlığı məlumatlarına əsasən, zəlzələnin episentrindən 20 kilometr aralıda 39 min, 50 kilometr məsafədə 330 min, 100 kilometr məsafədə isə 1,55 milyon nəfər yaşayır.

Zəlzələdə tələfat barəsində hələlik məlumat yoxdur, lakin internetdə sakinlər tərəfindən çəkilən videolarda ciddi sarsıntılara səbəb olduğu görülən zəlzələnin dağıntılara səbəb ola biləcəyi ehtimal edilir.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »