“Heç kimə lazım deyil”: Petrosyanın Soçidəki konserti ləğv edilib

0

Komediya ustası Yevgeni Petrosyanın Soçidə konsert təşkil etmək cəhdi uğursuzluqla nəticələnib. Prodüser Sergey Lavrovun KP-yə verdiyi məlumata görə, bilet satışı zəif olduğu üçün, tədbir ləğv edilməli olub.

“Son illərdə Petrosyan heç yerdə konsertinə insan toplamağı bacarmayıb. Bütün bu qalmaqallar, boşanmalar və toylar ona qonorar baxımından heç nə gətirməyibdi. Onun yumoru indi heç kimə lazım deyil” deyə bildirib.

Lavrov etiraf edib ki, bir dəfə Petrosyanın konsertində olub və yuxuya gedib, bundan sonra o, bir daha komediyaçının çıxışlarına getməyəcəyinə qərar verib. Prodüserin sözlərinə görə, əvvəllər onun yumoru gülməli idi, çünki “başqa heç nə yox idi”, indi isə yeni komediyaçılara uduzur.

Qeyd edək ki, Petrosyan sosial şəbəkələri vasitəsilə şəhərdəki çıxışlarını reklam etsə də, zalın dörddə birini belə toplaya bilməyib. Eyni zamanda, qiymətlər çox yüksək deyildi – 1,5 ilə 3 min rubl arasında. Boşandıqdan sonra Stepanenko Petrosyandan daha çox qazanır

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »