Avqustda dünyada koronavirusa yoluxanların sayı 5 milyon nəfər azalıb

0

Avqustda dünyada COVID-19-a yoluxma hallarının təsdiqlənmiş sayı 25 milyon nəfər artıb.

Bu rəqəmlər iyul ayı ilə müqayisədə 5 milyon azdır. May ayından bəri ilk dəfə yeni növ koronavirusa yoluxma halları azalıb. Yeni infeksiyaların əksəriyyəti Asiyada qeydə alınıb, Avropa ölkələrində isə, yoluxma nisbəti kəskin şəkildə azalıb. Bununla belə, ölüm nisbəti artıb. Avqustda 90 minə yaxın insan ölüb ki, bu da əvvəlki analoji dövrlə müqayisədə 40% çoxdur. Məlumatlar mart ayının səviyyəsinə uyğundur.

COVID-19-un ən yüksək yayılma sürəti Yaponiyada qeydə alınıb. Yayın son ayı ərzində orada 6 milyondan çox yeni yoluxma halı qeydə alınıb. İnsidentə görə ikinci yeri 3,6 milyondan çox koronavirus xəstəsi ilə Cənubi Koreya tutur. Bundan əlavə, avqust ayında Rusiyada ciddi artım qeydə alınıb. Ölkədə xəstələnmə erkən yaz səviyyəsinə yüksəlib. Avqustun son günlərində isə, gündə 50 minə yaxın yoluxma aşkar edilib.

Əksər Avropa ölkələrində infeksiyanın pik həddi iyulda baş verib, bundan sonra COVID-19-un yayılma sürəti kəskin şəkildə aşağı düşüb.

ABŞ dünyada ölüm nisbətinə görə birinci yerdədir. Avqustda ölkədə 15 minə yaxın insan həyatını itirib. İkinci yerdə 7,5 minə yaxın ölümün qeydə alındığı Yaponiyadır. İlk üçlüyü ötən ay 5 minə yaxın insanın öldüyü Braziliya qapayır.

 157 baxış

Leave A Reply

Your email address will not be published.

Tərcümə »