Şabranda tanışının örüş sahəsini yandıran şəxs saxlanılıb.
Ictimairey.az xəbər verir ki,, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan məlumatına görə, Şabran Rayon Polis Şöbəsinə müraciət edən bir nəfər şəxs ona məxsus 1 hektar örüş sahəsinin Əli Ələkbərov adlı şəxs tərəfindən ehtiyatsızlıqdan və məsuliyyətsizlikdən yandırılması barədə məlumat verib.
Yanğın zamanı xəsarət alan olmayıb. Hadisə yerinə Şabran Rayon Polis Şöbəsinin və yanğından mühafizə xidmətinin əməkdaşları cəlb olunub.
Faktla bağlı Şabran RPŞ-də araşdırma aparılır.