ABŞ-ın Meyn ştatında Azərbaycan–Türkiyə dostluğuna həsr olunmuş tədbir təşkil edilib

0

Meyn ştatının Keyp-Elizabet şəhərindəki “Fort Uilyams” parkında Azərbaycan–Türkiyə münasibətlərinə həsr olunmuş bayram tədbiri keçirilib.

İctimairey.az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən bildiriblər ki, Türkiyənin Zəfər bayramı ərəfəsində baş tutan tədbirdə Meyn və Massaçusets ştatında yaşayan soydaşlarımız, yerli sakinlər, Türkiyə, Qazaxıstan, Ukrayna, Macarıstan, Tacikistan və İran icmalarının nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Meyn–Azərbaycan Cəmiyyətinin sədri Tərlan Əhmədov bildirib ki, Azərbaycan və Türkiyə arasında münasibətlər tarixi köklərə və sarsılmaz qardaşlığa söykənir: “Tarixin bütün sınaqlarından çıxmış bu münasibətlər qarşılıqlı etimad və səmimiyyət əsasında qurulub. “Bir millət, iki dövlət” milli konsepsiyasını əsas tutan Azərbaycan və Türkiyə münasibətlərinin dünyada bənzəri yoxdur”.

Tədbirin gedişində amerikalı qonaqlar Codi Hantinqton və Ted Leffler üçrəngli Azərbaycan bayrağı ilə bəzədilmiş tort hazırlayıblar.Azərtac

 143 baxış

Leave A Reply

Your email address will not be published.

Tərcümə »