SON DƏQİQƏ: Xaçmaz, Quba və Qusar rayon sakinlərinin nəzərinə

0

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror Kamran Əliyev cari il sentyabrın 2-də saat 10:00-da Xaçmaz rayon prokurorluğunun inzibati binasında Xaçmaz, Quba və Qusar rayon sakinlərinin qəbulunu keçirəcəkdir.

İctimairey.az Baş Prokurorluğun Mətbuat xidmətinə istinadən bildirir ki, vətəndaşların qəbulla bağlı qeydiyyatı və Xaçmaz rayonuna gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcəkdir.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07 nömrəli telefonu və contact@prosecutor.gov.az elektron poçt ünvanı, eləcə də prokurorluğun sosial şəbəkələrdəki səhifələri (instagram, facebook, telegram, twitter) vasitəsilə də qəbula yazıla bilərlər.

 

 163 baxış

Leave A Reply

Your email address will not be published.

Tərcümə »