Zəngilanın Ağalı kəndində: Böyük Qayıdış: pozulmuş hüquqlar və onların bərpası” mövzusunda konfrans keçirilib – FOTO

0

Avqustun 24-də Azərbaycan Respublikası Baş Prokurorluğunun təşkilatçılığı ilə Zəngilan rayonunun Ağalı kəndində çoxsaylı dövlət qurumları, beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndəliklərinin və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdış: pozulmuş hüquqlar və onların bərpası” mövzusunda yüksək səviyyəli konfrans keçirilmişdir.

Tədbirdən öncə konfrans iştirakçıları xalqımızın Ümummilli Lideri Heydər Əliyevin büstü önünə əklil və gül dəstələri düzərək onun unudulmaz xatirəsini dərin ehtiramla yad etmişlər.

İctimairey.az Baş Prokurorluğun Mətbuat xidmətinə istinadən bildirir ki, konfransı giriş sözü ilə açan Baş prokuror Kamran Əliyev müstəqil Azərbaycan dövlətinin banisi və xilaskarı, müstəsna xidmətləri ilə əbədilik qazanan Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik ənənələrinin müzəffər davamçısı, tarixin ən qüdrətli Azərbaycanının yaradıcısı möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən milli inkişaf konsepsiyasının müasir çağırışlara müvafiq surətdə uğurla, inamla həyata keçirilməsi nəticəsində ölkəmizin növbəti onilliklər üçün tərəqqisini təmin etdiyini qeyd etmişdir.

Bildirilmişdir ki, tariximizə və dövlətçiliyimizə qızıl hərflərlə yazılan şanlı Zəfər regionumuzda yeni geosiyasi reallıqlar yaratmaqla Ölkə başçısının rəhbərliyi və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın yaxından iştirakı ilə gerçəkləşən misli görünməmiş sürətli bərpa-quruculuq işləri Qarabağ və Şərqi Zəngəzura əzəli-əbədi sakinlərinin Qayıdışının təməlini qoymuşdur.

Vətən müharibəsinin Qələbə ilə başa çatmasından cəmi 1 il 8 ay sonra “Ağıllı kənd” layihəsinin ilk nümunəsi olaraq Zəngilanın rayonunun Ağalı kəndinə əhalinin köçürülməsinə start verilməklə sakinlərin yüksək keyfiyyətli, müasir texnologiyalarla təchiz edilmiş evlərlə təmin olunması xüsusi vurğulanmışdır.

Baş prokuror ötən əsrin əvvəllərindən başlayaraq ölkəmizə qarşı absurd torpaq iddiaları əsasında aparılmış məqsədyönlü etnik təmizləmə, soyqırımı siyasəti və hərbi təcavüz nəticəsində azərbaycanlıların öz dədə-baba torpaqlarından zorla köçürülməklə 400 mindən artıq qaçqın və 850 min nəfərədək məcburi köçkün olmaqla, ümumilikdə 1 milyondan artıq soydaşımızın qaçqın və məcburi köçkün həyatı yaşadığını, 1994-cü ildə ölkə əhalisinin hər 7 nəfərindən 1-nin qaçqın və ya məcburi köçkün olmaqla digər ölkələrlə müqayisədə dünyada bu baxımdan ən yüksək nisbi göstəriciyə malik olduğunu bildirmişdir.Ermənistanın hərbi təcavüzü nəticəsində məcburi köçkün düşmüş Azərbaycan vətəndaşlarının demək olar ki, bütün fundamental insan hüquq və azadlıqlarının pozulduğu qeyd edilməklə ölkə başçısının tapşırığına uyğun olaraq prokurorluq orqanları tərəfindən aidiyyəti dövlət qurumları ilə əlaqəli şəkildə erməni təcavüzü nəticəsində vətəndaşlarımızın pozulmuş hüquqlarının bərpası, ölkəmizə dəymiş maddi-mənəvi zərərə görə bütün təqsirli şəxslərin məsuliyyətə cəlb edilməsi istiqamətində zəruri tədbirlərin görüldüyü diqqətə çatdırılmışdır.

Konfransda çıxış edən BMT-nin Qaçqınlar üzrə Ali Komissarının Azərbaycandakı nümayəndəsi Guido Ambroso qaçqın və məcburi köçkün məsələsinin müasir dünyanın ən ağrılı problemlərindən biri olduğunu, ölkəmizin bu sahədə ağır sınaqlardan keçdiyini bildirmiş, təmsil etdiyi qurum tərəfindən məcburi köçkünlərin qayıdışı üçün zəruri dəstəyin göstəriləcəyini qeyd etmişdir.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev müstəqilliyin bərpasından sonra ölkəmizin üzləşdiyi humanitar fəlakətin fəsadlarının aradan qaldırılması istiqamətində Ulu Öndər Heydər Əliyev və onun layiqli davamçısı İlham Əliyev tərəfindən hərtərəfli tədbirlərin həyata keçirildiyini diqqətə çatdırmaqla işğaldan azad edilmiş bölgələrə geri dönmək həsrətində olan soydaşlarımızın qayıdışının qarşıda duran başlıca vəzifələrdən biri olduğunu bildirmişdir.

Konfransda Azərbaycan Respublikasının Ali Məhkəməsinin sədr müavini Çingiz Əsgərov vətəndaşlarımızın pozulmuş hüquqlarının beynəlxalq məhkəmələr vasitəsilə bərpası istiqamətində həyata keçirilən fəaliyyətlər, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırov erməni işğalı nəticəsində pozulmuş hüquqların müdafiəsində beynəlxalq hüququn səmərəliliyi, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) Aparatının rəhbəri Aydın Səfixanlı qaçqın və keçmiş məcburi köçkün soydaşlarımızın hüquqlarının müdafiəsi sahəsində Ombudsman təsisatı tərəfindən həyata keçirilən tədbirlər, Azərbaycan Respublikası Baş prokurorunun müavini Heydər Məmmədov məcburi köçkünlərin beynəlxalq müstəvidə tanınmış hüquqları mövzusunda çıxış etmişlər.

Çıxışlardan sonra mövzu ətrafında müzakirələr aparılmaqla qeyri-hökumət təşkilatlarının və kütləvi informasiya vasitələrinin nümayəndələri, eləcə də Ağalı kənd sakini Möhübbət Səmədov fikirlərini bildirməklə mövzunun aktuallığını qeyd etmişlər.

Konfrans çərçivəsində tədbir iştirakçıları “Ağıllı kənd” layihəsi əsasında inşa edilmiş Ağalı kəndi ilə tanış olmuş, qısa müddət ərzində sakinlər üçün ən müasir texnologiyalar əsasında yaradılmış şəraitdən məmnunluq ifadə edilmişdir.

Avqustun 24-də Azərbaycan Respublikası Baş Prokurorluğunun təşkilatçılığı ilə Zəngilan rayonunun Ağalı kəndində çoxsaylı dövlət qurumları, beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndəliklərinin və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdış: pozulmuş hüquqlar və onların bərpası” mövzusunda yüksək səviyyəli konfrans keçirilmişdir.

Tədbirdən öncə konfrans iştirakçıları xalqımızın Ümummilli Lideri Heydər Əliyevin büstü önünə əklil və gül dəstələri düzərək onun unudulmaz xatirəsini dərin ehtiramla yad etmişlər.

İctimairey.az Baş Prokurorluğun Mətbuat xidmətinə istinadən bildirir ki, konfransı giriş sözü ilə açan Baş prokuror Kamran Əliyev müstəqil Azərbaycan dövlətinin banisi və xilaskarı, müstəsna xidmətləri ilə əbədilik qazanan Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik ənənələrinin müzəffər davamçısı, tarixin ən qüdrətli Azərbaycanının yaradıcısı möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən milli inkişaf konsepsiyasının müasir çağırışlara müvafiq surətdə uğurla, inamla həyata keçirilməsi nəticəsində ölkəmizin növbəti onilliklər üçün tərəqqisini təmin etdiyini qeyd etmişdir.

Bildirilmişdir ki, tariximizə və dövlətçiliyimizə qızıl hərflərlə yazılan şanlı Zəfər regionumuzda yeni geosiyasi reallıqlar yaratmaqla Ölkə başçısının rəhbərliyi və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın yaxından iştirakı ilə gerçəkləşən misli görünməmiş sürətli bərpa-quruculuq işləri Qarabağ və Şərqi Zəngəzura əzəli-əbədi sakinlərinin Qayıdışının təməlini qoymuşdur.

Vətən müharibəsinin Qələbə ilə başa çatmasından cəmi 1 il 8 ay sonra “Ağıllı kənd” layihəsinin ilk nümunəsi olaraq Zəngilanın rayonunun Ağalı kəndinə əhalinin köçürülməsinə start verilməklə sakinlərin yüksək keyfiyyətli, müasir texnologiyalarla təchiz edilmiş evlərlə təmin olunması xüsusi vurğulanmışdır.

Baş prokuror ötən əsrin əvvəllərindən başlayaraq ölkəmizə qarşı absurd torpaq iddiaları əsasında aparılmış məqsədyönlü etnik təmizləmə, soyqırımı siyasəti və hərbi təcavüz nəticəsində azərbaycanlıların öz dədə-baba torpaqlarından zorla köçürülməklə 400 mindən artıq qaçqın və 850 min nəfərədək məcburi köçkün olmaqla, ümumilikdə 1 milyondan artıq soydaşımızın qaçqın və məcburi köçkün həyatı yaşadığını, 1994-cü ildə ölkə əhalisinin hər 7 nəfərindən 1-nin qaçqın və ya məcburi köçkün olmaqla digər ölkələrlə müqayisədə dünyada bu baxımdan ən yüksək nisbi göstəriciyə malik olduğunu bildirmişdir.

Ermənistanın hərbi təcavüzü nəticəsində məcburi köçkün düşmüş Azərbaycan vətəndaşlarının demək olar ki, bütün fundamental insan hüquq və azadlıqlarının pozulduğu qeyd edilməklə ölkə başçısının tapşırığına uyğun olaraq prokurorluq orqanları tərəfindən aidiyyəti dövlət qurumları ilə əlaqəli şəkildə erməni təcavüzü nəticəsində vətəndaşlarımızın pozulmuş hüquqlarının bərpası, ölkəmizə dəymiş maddi-mənəvi zərərə görə bütün təqsirli şəxslərin məsuliyyətə cəlb edilməsi istiqamətində zəruri tədbirlərin görüldüyü diqqətə çatdırılmışdır.

Konfransda çıxış edən BMT-nin Qaçqınlar üzrə Ali Komissarının Azərbaycandakı nümayəndəsi Guido Ambroso qaçqın və məcburi köçkün məsələsinin müasir dünyanın ən ağrılı problemlərindən biri olduğunu, ölkəmizin bu sahədə ağır sınaqlardan keçdiyini bildirmiş, təmsil etdiyi qurum tərəfindən məcburi köçkünlərin qayıdışı üçün zəruri dəstəyin göstəriləcəyini qeyd etmişdir.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev müstəqilliyin bərpasından sonra ölkəmizin üzləşdiyi humanitar fəlakətin fəsadlarının aradan qaldırılması istiqamətində Ulu Öndər Heydər Əliyev və onun layiqli davamçısı İlham Əliyev tərəfindən hərtərəfli tədbirlərin həyata keçirildiyini diqqətə çatdırmaqla işğaldan azad edilmiş bölgələrə geri dönmək həsrətində olan soydaşlarımızın qayıdışının qarşıda duran başlıca vəzifələrdən biri olduğunu bildirmişdir.

Konfransda Azərbaycan Respublikasının Ali Məhkəməsinin sədr müavini Çingiz Əsgərov vətəndaşlarımızın pozulmuş hüquqlarının beynəlxalq məhkəmələr vasitəsilə bərpası istiqamətində həyata keçirilən fəaliyyətlər, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırov erməni işğalı nəticəsində pozulmuş hüquqların müdafiəsində beynəlxalq hüququn səmərəliliyi, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) Aparatının rəhbəri Aydın Səfixanlı qaçqın və keçmiş məcburi köçkün soydaşlarımızın hüquqlarının müdafiəsi sahəsində Ombudsman təsisatı tərəfindən həyata keçirilən tədbirlər, Azərbaycan Respublikası Baş prokurorunun müavini Heydər Məmmədov məcburi köçkünlərin beynəlxalq müstəvidə tanınmış hüquqları mövzusunda çıxış etmişlər.

Çıxışlardan sonra mövzu ətrafında müzakirələr aparılmaqla qeyri-hökumət təşkilatlarının və kütləvi informasiya vasitələrinin nümayəndələri, eləcə də Ağalı kənd sakini Möhübbət Səmədov fikirlərini bildirməklə mövzunun aktuallığını qeyd etmişlər.

Konfrans çərçivəsində tədbir iştirakçıları “Ağıllı kənd” layihəsi əsasında inşa edilmiş Ağalı kəndi ilə tanış olmuş, qısa müddət ərzində sakinlər üçün ən müasir texnologiyalar əsasında yaradılmış şəraitdən məmnunluq ifadə edilmişdir.

 

 154 baxış

Leave A Reply

Your email address will not be published.

Tərcümə »