Azərbaycan və Ermənistan arasında sərhədin demarkasiyası ilə bağlı görüş avqustun 30-na təyin edilib

0

Ermənistanla Azərbaycan arasında sərhədin demarkasiyası və təhlükəsizliyi üzrə komissiya üzvlərinin görüşü avqustun 30-na təyin edilib.

Görüş Moskvada baş tutacaq, lakin gündəm məlum deyil.

Qeyd edək ki, bu görüş Ermənistanla Azərbaycan arasında sərhədin demarkasiyası və təhlükəsizliyi məsələləri üzrə komissiya üzvləri arasında ikinci görüş olacaq. Ermənistan və Azərbaycan baş nazirlərinin müavinləri Mher Qriqoryan və Şahin Mustafayevin ilk görüşü mayın 24-də Ermənistan və Azərbaycanın dövlətlərarası sərhədində, Arazdəyən – Yerasx hissəsində baş tutub.

Xatırladaq ki, mayın 23-də Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistanla Azərbaycan arasında sərhədin demarkasiyası və təhlükəsizliyi üzrə komissiyanın yaradılması haqqında qərar imzalayıb. Onun Ermənistan tərəfdən həmsədri Mher Qriqoryandır.

Azərbaycan və Ermənistan liderləri İlham Əliyevin və Nikol Paşinyan və növbəti görüşü avqustun 31-də Brüsseldə keçiriləcə

Bu barədə Ermənistan respublika hökumətinin mətbuat xidmətindən məlumat verilib.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »