Quba sakinindən 11 kiloqram marixuana götürülüb

0

Quba Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin əldə etməsi, saxlaması, daşımasında və satmasında şübhəli bilinən rayon sakini Sasun Yusufovu saxlayıb.

İctimairey.az-a İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumatda görə, həmin şəxsin üzərinə və yaşadığı evə baxış keçirilən zaman 11 kiloqram 198 qram marixuana aşkar olunaraq götürülüb.

Faktla bağlı Quba RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə S.Yusufovun barəsində həbs qətimkan tədbiri seçilib.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »