Ukrayna prezidenti Vladimir Zelenski Mariupolda ukraynalı məhbusların məhkəməsi olacağı təqdirdə, Kiyevin Rusiya ilə danışıqlardan imtina edəcəyini bildirib. O, bu barədə öz Telegram kanalında danışıb.
Zelenski Mariupolun məhbusların “məhkəməsi üçün dekorasiya hazırlaması” ilə bağlı mediaya istinad edib. O, bildirib ki, məhkəmə baş tutsa, bu, danışıqlar üçün qırmızı xətt olacaq.
“Əgər xalqımız bütün razılaşmaları, beynəlxalq qaydaları pozaraq, bu mənzərəyə sürüklənərsə… Bu, hər hansı danışıqların mümkünsüz olduğu xətt olacaq. Rusiya özünü danışıqlardan kəsəcək. Daha söhbət olmayacaq. Bizim dövlətimiz hər şeyi dedi”, – Zelenski bildirib.
O, bu cür məhkəmələri “zorbalıq” adlandırıb və məhbusları qəhrəman hesab etdiyini vurğulayıb.
İyun ayında DXR rəhbəri Denis Puşilin yayın sonuna qədər Mariupolda Azov (Rusiyada qadağan olunmuş terror təşkilatı) üzvlərinə qarşı ilk tribunalın keçiriləcəyini açıqlamışdı. O qeyd edib ki, hazırda DXR-də lazımi sənədlər hazırlanır.
Avqustun 10-da Life Mariupol Filarmoniyasından bir video yayımlayıb, portalın məlumatına görə, tribunala hazırlıq gedir.
Life-ın məlumatına görə, binada müttəhimlər üçün dörd kamera hazırlanıb. Prosesin Filarmoniyanın əsas zalında keçirilməsi planlaşdırılır.