Həcc və Əmran şəhərlərində bir gündə ildırım vurması nəticəsində ölüm halları qeydə alınıb
Yəmənin şimalındakı Həcc və Əmran şəhərlərinə ildırım düşməsi nəticəsində son sutka ərzində 13 nəfər ölüb, 21 nəfər yaralanıb.
Ənsarullah (Husi) hərəkatının nəzarətində olan SABA xəbər agentliyinin məlumatına görə, Həcc şəhərinin müxtəlif yerlərində ildırım vurması nəticəsində 7 nəfər ölüb, 8 nəfər yaralanıb.
Husilərin Sentyabr Net saytı xəbər verir ki, Amran şəhərində dəfn mərasimi zamanı ildırım vurması nəticəsində 6 qadın həlak olub, daha 13 nəfər yaralanıb.
Avqustun 12-də BMT Yəməndə leysan yağışlar, sel və daşqınlar nəticəsində 77 nəfərin öldüyünü açıqlayıb.