Lənkəran şəhərində “İdman hamı üçün” layihəsi çərcivəsində veloyürüş keçirilib.
İctimairey.az xəbər verir ki, Lənkəran Şəhər Gənclər və İdman İdarəsindən bildiriblər ki, idarənin təşkilatçılığı ilə baş tutan yürüşdə 30-dək həvəskar velosipedçi, həmçinin şəhər sakinləri iştirak ediblər.
Velosipedçilər Lənkəran Şəhər Heydər Əliyev Mərkəzinin qarşısındakı parkdan start götürməklə bir saat müddətində dairəvi hərəkət ediblər.
Veloyürüş şəhər sakinlərinin böyük marağına səbəb olub.
Qeyd edək ki, kütləvi idman tədbirinin təşkilində əsas məqsəd əhali, xüsusən də uşaq və gənclər arasında velosiped idmanına marağın artırılması, sağlam həyat tərzinin təbliğidir. Azərtac