Korona və meymun virusundan sonra daha bir epidemiya: Pomidor qripi – FOTO

0

2 ildən artıqdır ki, koronavirusla mübarizə aparan dünya, son günlər Hindistandan gələn xəbərlərlə yenidən baş əyir. Hindistanda uşaqlar arasında yüksək yoluxucu virusun yayıldığı bildirilir. Dəridə qırmızı qabarcıqlara səbəb olan Pomidor qripinin əlamətləri açıqlanıb.

2019-cu ilin son aylarında həyatımıza daxil olan Koronavirus (Kovid-19) bütün dünyada milyonlarla insanın həyatına son qoyub.

Bir çox vərdişlərimizi geridə qoymağımıza səbəb olan virus, belə demək mümkünsə, qabığını dəyişməyə davam edir.

Bir çox ölkə daha yoluxucu, lakin daha az ölümcül Omicron variantından sonra istirahət etmək qərarına gəlsə də, Hindistandan gələn yeni virus xəbəri epidemiyanı bir daha gündəmə gətirdi.

Daily Beast-də çıxan xəbərə görə, Hindistanda uşaqlar arasında çox yoluxucu bir virusun yayıldığı bildirilir. Sözügedən virusun ölkənin müxtəlif bölgələrində daha çox 1 yaşdan 5 yaşa qədər olan uşaqları əhatə etdiyi açıqlanıbÖnce corona ve maymun çiçeği, şimdi de domates gribi çıktı - TGRT Haber

BU 5 ƏLAMƏTƏ DİQQƏT

Bu, Pomidor qripinin ən bariz əlamətidir, adını yoluxmuş insanların dərisində yaranan böyük qırmızı qabarcıqlardan alır. Bu qabarcıqlardan başqa virusun 4 əsas əlaməti var;

  • Yüksək hərarət
  • Yorğunluq
  • Bədən ağrıları
  • Şiddətli oynaq ağrıları

HEÇ BİR VAKSİN VƏ ANTİVİRAL MÜALİCƏSİ YOXDUR

Ölümcül olmayan Pomidor Qripi üçün peyvənd və ya antiviral müalicə yoxdur. Mütəxəssislər bu virusa qarşı ən təsirli müalicənin dincəlmək və bol maye qəbul etmək olduğunu vurğulayır.

Lancet araşdırmasına görə, sözügedən virus ölkədə ilk dəfə mayın 6-da görülüb.

Eyni hesabata görə, o vaxtdan bəri ən çox 82 uşaq Pomidor qripindən müalicə olunub.

Virusun hazırda endemik olduğunu bildirən tədqiqatçılar daha çox araşdırmaya ehtiyac olduğunu vurğulayırlar.

 173 baxış

Leave A Reply

Your email address will not be published.

Tərcümə »