Britaniya ordusu Rusiya ilə müharibəyə hazırlaşmağa çağırılıb

0

Britaniya ordusunun uoprent zabiti Pol Karni (çavuşlar və kiçik zabitlər arasında aralıq vəzifəni tutur və texniki mütəxəssisin xüsusi funksiyalarını yerinə yetirir) deyib ki, əsgərlər və onların ailələri Rusiya ilə müharibəyə hazır olmalıdırlar. Belə bir müraciətlə o, yerli mətbuatda çıxış edib.

“Mən istəyirəm ki, hamımız fiziki cəhətdən döyüşə hazır olduğumuza əmin olaq. Bizim yoxluğumuzda tez-tez ən çətin rolu oynayan yaxınlarımızı və ailələrimizi hazırlamağımız da eyni dərəcədə vacibdir,” “Sizdən indi onlarla mümkün vəziyyəti müzakirə etməyinizi xahiş edirəm”.

Britaniya zabitinin sözlərinə görə, milli ordu indi müharibəyə hazırdır və Rusiyadan gələn “təhlükə”yə tab gətirə bilir.

Daha əvvəl “SP” yazıb ki, Yaponiya hökuməti Asiya regionunda təhlükəsizlik vəziyyətinin pisləşməsi fonunda ölkənin Özünümüdafiə Qüvvələrində xidmətdə olan uzaqmənzilli qanadlı raketlərin sayını 1000 ədədə çatdırmağı düşünür.

 186 baxış

Leave A Reply

Your email address will not be published.

Tərcümə »